YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa-Laçın yolunda keçirilən aksiya sülh aksiyasıdır

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Bu ayın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar. Danışıqlar nəticəsində əldə olunmuş razılığa baxmayaraq monitorinqin keçirilməsinə maneçilik törədilib.

Məhz bu səbəbdən Şuşa-Laçın yolunda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunmuşdur. Aksiya iştirakçılarının tələbləri ondan ibarətdir ki, Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir.  Siyasi məkrindən qalmayan Ermənistan isə məlum aksiya ilə bağlı həqiqətə uyğun olmayan iddialar səsləndirməklə məşğul olur. Belə ki, Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtandır və həqiqəti əks etdirmir. Aksiyanın keçirilməsindən Ermənistan onun üçün narahat olur ki, bu ölkənin törətdiyi cinayətlər ifşa olunur və qarşısı alınacaq. Post-münaqişə dövründə də Ermənistan Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə  edib. Təbii ki, bu əsla yol verilməz haldır və bu cinayətlərin qarşısı alınmalıdır. Eyni zamanda, kriminal iş adamı Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərini talan etməsi və ətraf mühitə ciddi ziyan vurulması yolverilməzdir.

Uzun illərdir ki, Ermənistan Azərbaycana qarşı çoxnövlü terror aktları törətməklə məşğuldur. Münaqişənin bitməsinə baxmayaraq, Ermənistan terror siyasətindən əl çəkmək istəmir və ekoloji terrora xüsusilə üstünlük verir. Artıq Ermənistanın törətmiş olduğu terror aktları ilə bağlı etiraflara beynəlxalq təşkilatların hesabat və qətnamələrində də  rast gəlmək mümkündür.

Bu gün də Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlərini ört-basdır etmək üçün Ermənistan Şuşa-Laçın yolunda keçirilən etiraz aksiyası ilə bağlı əsassız iddialar səsləndirir. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin məqsədi sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almaqdır. Laçın yolu isə azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Yaxşı olar ki, Ermənistan dezinformasiyalar yaymaq əvəzinə məsuliyyətli olsun və 10 noyabr 2020-ci il tarixdə imzalanmış Üçtərəfli Bəyanatın bütün müddəalarına ciddi qaydada əməl etsin. Ermənistandan fərqli olaraq Azərbaycan məsuliyyətli ölkədir və öz ərazisində yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır. Azərbaycanlı fəalların Şuşa-Laçın yolunda keçirdiyi aksiya da sülh aksiyasıdır və Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır.

DİGƏR Xəbərlər Arxiv