YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin ruhuna ehtiramla yanaşılır

Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.

Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədrinin və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhid Məmmədov Azad Tahir oğlunun doğum günündə əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv