YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatında Ümummilli Liderin xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin büstü ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ümummilli lider Heydər Əliyevin həyatından bəhs edən sənədli film nümayiş olunub.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev qeyd edib ki, Ulu Öndərin ideyalarını hər zaman yaşatmaq, gənc nəslə bu ideyaları, xatirələri çatdırmaq ən vacib məqsədlərdəndir. Mütləq həqiqətdir ki, Azərbaycan xalqı yaşadıqca Ümummilli Lider Heydər Əliyev də yaşayacaq. Bildirib ki, Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin xatirəsini heç bir zaman unutmayacaq. Ümummilli Lider bütün həyatını xalqımızın rifahının yüksəlməsinə, Azərbaycan xalqının dünyada nüfuzunun daha da artmasına, dövlətimizin güclənməsinə, qüdrətlənməsinə sərf edib.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, “91-lər”dən biri Novruz Quliyev Ümummilli Liderin banisi olduğu azərbaycançılıq ideologiyasından bəhs ediblər. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin ruhu azadlıq və müstəqilliklə dolu idi və bu hissləri Azərbaycan xalqına da ötürə bildi.

Rayon təşkilatının veteranı Rizvan Vahabov, fəal üzvü Rüstəm Mehdizadə də çıxışlarında Ulu Öndərin idarəçilik təcrübəsindən və gənclər siyasətindən danışıblar.