YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Aİ yeni sazişlər imzalayacaq

Avropa İttifaqı ilə Azərbaycan eyni dəyərlərin təbliğinə çalışır. Avropa Şurası və Avropa İttifaqı bir-birini tamamlayan təşkilatlardır. Azərbaycan və Avropa İttifaqı yeni sazişlərin imzalanması üçün danışıqları davam etdirir.

Bu fikirləri ADA Universitetində Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın 20 illiyinə həsr edilmiş tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko söyləyib.

O qeyd edib ki, Avropa İttifaqı Avropa Şurası ilə Azərbaycan arasında imzalanan sənədlərə öz töhfəsini verir. “Biz korrupsiyaya və insan alverinə qarşı mübarizədə əməkdaşlıq edirik”, - deyə o əlavə edib.