YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: İlk Avropa Oyunları ilə əlaqədar ölkəmizə gələn xarici qonaqlar da Azərbaycanın necə inkişaf etdiyinin əyani şahidi olacaqlar

“Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları mühüm idman hadisəsi olmaqla yanaşı, siyasi, iqtisadi nöqteyi-nəzərdən də ölkə reallıqlarının təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Avropa məkanında da birinci Avropa Oyunlarının əhəmiyyətini yüksək qiymətləndirirlər”. Bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, Azərbaycan ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək. Onun sözlərinə görə, Azərbaycanın bütün dünyada nüfuzlu idman ölkəsi kimi tanınması xüsusi əhəmiyyət kəsb edir.

“Hazırda birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi məqsədilə ölkəmizdə çox böyük işlər görülür, yeni idman obyektləri tikilir, bəziləri isə əsaslı təmir edilir. Yeni idman komplekslərinin yaradılması həm yeni iş yerləridir, həm də beynəlxalq idman yarışlarının təşkilinin yeni standartlarını müəyyənləşdirir. Hesab edirəm ki, bu baxımdan başqa ölkələr də gələcəkdə Azərbaycanın təcrübəsindən yararlanacaqlar. Bütün bunları ümumiləşdirsək, ilk Avropa Oyunları Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu daha da artıracaq. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticələridir. Azərbaycanın yeritdiyi siyasətin əsas məzmunu və mahiyyəti ondan ibarətdir ki, xalqımızın, dövlətimizin maraq və mənafeyi, rifahı və gələcək inkişafı istiqamətində addımlar atılır və bu yöndə bütün imkanlar səfərbər edilir. Prezident İlham Əliyevin hakimiyyəti dövründə biz çox ciddi nailiyyətlər əldə etmişik. Həyatımız yaxşı mənada çox dəyişib. Bu dəyişikliklər həm ölkəmizin ümumi həyatında, həm də insanların şəxsi həyatında hiss olunur. Artıq inkişafın Azərbaycan modeli dünyaya təqdim olunub. İlk Avropa Oyunları ilə əlaqədar ölkəmizə gələn xarici qonaqlar da Azərbaycanın necə inkişaf etdiyinin əyani şahidi olacaqlar”, - deyə S.Hüseynova qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv