YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəsmi Bakı digər alternativləri nəzərdən keçirəcək

Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı ərəb mediasının diqqət mərkəzində olub.

Misir, Səudiyyə Ərəbistanı, Livan, İordaniya, Birləşmiş Ərəb Əmirliklərinin “Əl Ğad”, “Dustur”, “Əl Vəsat”, “Al Ain”, “Əl Xalic”, “Əl Rai Media”, “Eremnews”, “Əl Mayadin”, “Aşarq”, “Elaf”, “SA İnvesting”, “24 AE” və s. qəzet və portallarda dərc olunmuş materiallarda dövlətimizin başçısının çıxışından əsas məqamlar yer alıb. Oxucuların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev Praqa görüşündən bir həftədən də az sonra Fransa Prezidenti Makronun müsahibəsində Azərbaycanı tənqid etməsinin, ölkəmizə qarşı törətmədiyi işlərdə ittiham irəli sürməsinin, daha sonra Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsinin qəbul olunmasının və bunun ardınca Fransanın Frankofoniya Sammiti vasitəsilə Azərbaycana qarşı hücum cəhdinin qəbuledilməz olduğunu bildirib. O vurğulayıb ki, bütün bunları nəzərə aldıqda, aydındır ki, Fransa sülh danışıqlarında iştirak edə bilməz və bu, onların günahıdır.

Ərəb mediasının xəbərlərində bildirilib ki, Azərbaycan Prezidenti dekabrın 7-də Brüsseldə Ermənistanla keçirilməsi nəzərdə tutulan görüşün baş tutmayacağını və rəsmi Bakının digər alternativləri nəzərdən keçirəcəyini bəyan edib. O, həmçinin vurğulayıb ki, Ermənistanın baş naziri Paşinyanın həmin görüşdə Makronun iştirak etməsi tələbini irəli sürməsi sülh danışıqlarını pozmaq cəhdi kimi qiymətləndirilir.

DİGƏR Xəbərlər Arxiv