YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin doğum günündə xatirəsi anılıb

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Manafov Osman Natiq oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, şəhidin doğmaları Bülbülə qəsəbəsindəki Şəhidlər xiyabanında Osmanın məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.