YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Statistika Komitəsində YAP-ın yaranmasının 30-cu ildönümü qeyd olunub

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı “İnşaatçılar pr.81” (Dövlət Statistika Komitəsi) ünvanı üzrə ərazi partiya təşkilatında partiyanın yaranmasının 30-cu ildönümü münasibəti ilə tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədov, komitə sədrinin müavinləri-Rauf Səlimov, Yusif Yusifov, komitənin Aparat rəhbəri Cabbar Musayev, YAP Veteranlar Şurasının üzvü, “91-lər”dən biri Şahlar Əsgərov, komitənin Ümumi şöbəsinin müdiri, “İnşaatçılar pr.81” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Sevda Süleymanova iştirak ediblər.

Əvvəlcə Dövlət Statistika Komitəsində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “İnşaatçılar pr.81” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Sevda Süleymanova ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi şərəfli inkişaf yolundan bəhs edib. Qeyd olunub ki, qələbələr partiyası kim adını tarixə qızıl hərflərlə yazdıran Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə günü-gündən inkişaf edir.

Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov bildirib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynayıb. Prezident İlham Əliyevin partiyaya sədr seçilməsindən sonra isə YAP inkişafının yeni mərhələsinə qədəm qoyub. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər partiyanın nüfuzunu daha da yüksəldib.

YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev uğurla həyata keçirir. Bunun nəticəsidir ki, ölkəmiz regionda güc amilinə, dünya birliyində söz sahibinə çevrilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, yarandığı gündən YAP-ın ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və ötən 30 il ərzində partiyamız Azərbaycan xalqına hədsiz xidmətlər göstərib. Hakim partiyanın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dönəmində milli birlik modelini dünyaya nümayiş etdirən Azərbaycanın siyasi həyatında yeni bir strategiyanın - siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsasını qoyması xüsusilə diqqətəlayiqdir.

Tədbirdə YAP-ın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya üzvünə fəxri fərman təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv