YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Monolit partiya

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfərimiz birliyimizin, həmrəyliyimizin dünyaya təqdimatı oldu. Bu birlik sayəsində 44 gündə necə torpaqlarımızı işğaldan azad etdiksə, hazırda bu torpaqlarda genişmiqyası bərpa-quruculuq işlərini də davam etdiririk. Yeni dövrün bütün məsələlərini özündə ehtiva edən Yeni Azərbaycan Partiyasının yeni Proqramında da postmünaqişə dövrünün reallıqları öz əksini tapıb. Partiyanın ötən il VII qurultayının keçirilməsini şərtləndirən amillərdən biri məhz ilk Proqramda qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olduğumuz üçün yeni vəzifələrin müəyyənləşdirilməsi idi. Böyük Qayıdış proqramının uğurlu icrasına dəstək partyanın Proqramında xüsusi yer alıb.

Məlum olduğu kimi, 2030-cu ilədək dövr üçün ölkəmizin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərin Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənməsi, Fərmanı əsasında iqtisadi rayonların bölgüsünün yenidən aparılması bu ərazilərimizin inkişaf etdirilməsində hüquqi bazadır. İşğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərini həyata keçirmək, soydaşlarımızın tam şəkildə Böyük Qayıdışını təmin etmək üçün bütün imkanlarımız mövcuddur.  Reallıq budur ki, Prezident İlham Əliyev yeni dövrün tələblərinə uyğun olaraq   idarəçilik sistemini təkmilləşdirir.  Bu mənada Azərbaycanın inkişaf modeli nümunə göstərilir. İqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması fonunda Azərbaycanın hərtərəfli inkişafına yönələn kompleks tədbirlər həyata keçirilir. Aparılan kompleks islahatlar ölkəmizə dünyada ən islahatçı ölkə imicini qazandırıb. Bu islahatlar prosesində Yeni Azərbaycan Partiyasının fəal iştirakı göz qabağındadır. Bütün hallarda əsas hədəf Azərbaycanı daha qüdrətli, güclü görmək, xalqın yüksək rifahını təmin etməkdir.

30 illik yola qısa baxış bu reallığın təsdiqidir ki, partiya qarşısına qoyduğu hər bir hədəfə zamanında nail olub. Bu isə öz növbəsində yeni hədəflərin müəyyənləşdirilməsinə yol açır. Möhtəşəm Zəfərimiz bütün sahələrdə təkmilləşməni bir zərurət kimi qarşıya qoyub. Yeni Azərbaycan Partiyasının siyasi sistemin təkmilləşdirilməsində rolu inkredilməzdir. Dövlət başçısı İlham Əliyevin bu çağırışı bütün dövrlərdə atılan addımların əsas mahiyyətini təşkil edir. Belə ki, cənab İlham Əliyev daim bildirir ki, əldə edilən uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Yeni Azərbaycan Partiyasının üzvləri Ulu Öndərin dünənimizin, bugünümüzün və gələcəyimizin əsası olan ideyalarını təbliğ edir, Prezident, YAP Sədri İlham Əliyevin ətrafında sıx birləşərək yeni Proqramdan irəli gələn vəzifələrin yüksək səviyyədə icrasına çalışırlar. 30 illik yubileyini möhtəşəm uğurları ilə qeyd edən partiyamız gələcəyə böyük inamla addımlayır. 

DİGƏR Xəbərlər Arxiv