YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan, nəinki ölkəmizin, Cənubi Qafqazın aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası 30 illik yubileyini qeyd edir. 30 il zaman baxımımdan o qədər də böyük görünməsə də uğurlarımızın miqyasının genişliyi baxımından zəngin dövrdür. Əbəs yerə deyilmir ki, uğurlu başlanğıc növbəti nailiyyətlərin əsasıdır. Ölkəmizdə gedən bütün proselərin mərkəzində dayanan YAP hər bir sahədə inkişafa dəstək olmağa səy göstərir. Ölkədə keçirilən seçki poseslərinə daim yeni şüarlarla qatılan Yeni Azərbaycan Partiyası gördüyü işlər fonunda qarşıdakı dövr üçün möhtəşəm hədəfləri açıqlayaraq seçkidən seçkiyə onları tam şəkildə həyata keçirməyə səy göstərir.  Bu baxımdan tarixi Zəfərimizin reallıqları Yeni Azərbaycan Partiyasının da qarşısına mühüm vəzifələr qoyub. Partiya yeni tərkibini formalaşdırmaqla qəbul etdiyi yeni qərarlara və təsdiqlənən yeni Nizamnaməyə uyğun olaraq bu vəzifələrin uğurlu icrası istiqamətində fəaliyyətini daha da təkmilləşdirir.

30 illik yol qət edən Yeni Azərbaycan Partiyasının ən böyük uğurlarından biri xalqın sevgisini və inamını qazanmasıdır. Bu sevgini şərtləndirən əsas amillər isə partiyanın tutduğu yola sadiqliyi, sözlə əməl birliyi, dövlətə və xalqa xidməti fəaliyyətinin önündə saxlayaraq daim irəliyə doğru addımlamasıdır. Tarixin sınaqlarından şərəflə çıxan, 30 ili zəngin uğurları ilə tariximizə yazan,  bu gün nəinki ölkəmizin, Cənubi Qafqazın aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır.

Yeni Azərbaycan Partiyasının hər bir üzvü yibiley bayramını böyük sevinclə qeyd edir. Hədəflərə zamanında nail olmaq, qarşıya qoyulan vəzifələrin uğurlu icrasını təmin etmək üçün atılan davamlı addımlar və müsbət nəticələr gələcəyə daha böyük inamla baxmağa əsas verir. Müstəqilliyimizin xilalaskarı kimi adını tarixə qızıl hərflərlə yazan ulu öndər Heydər Əliyevin  ideyalarının, Azərbaycanı qalib ölkə kimi tanıdan qalib Prezidentimiz İlham Əliyevin  həyata keçirdiyi siyasətin təbliği partiyanın hər bir üzvünün əsas vəzifələrindəndir. Yeni Azərbaycan Partiyası postmünaqişə dövrünün reallıqlarını özündə əks etdirən yeni Proqramından irəli gələn vəzifələri yüksək səviyyədə yerinə yetirərək həm ölkəmizin, həm də partiyanın qarşısında açılan yeni imkanlara yeni əlavələr edəcək. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, ulu öndər Heydər Əliyev “91-lər”in müraciətinə cavabında Azərbaycanın bugününü və gələcəyini necə görmək istəyirdisə, Prezident İlham Əliyev son 19 ildə həmin istəyi tamamilə reallığa çevirdi. Qalibiyyət rəmzi olan Azərbaycan Bayrağı işğaldan azad edilmiş ərazilərimizdə ucaldıldı. Müasir müstəqil və qalib Azərbaycan hər birimizin qürur mənbəyidir.  

DİGƏR Xəbərlər Arxiv