YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səlim Müslümov: Yanğında həlak olanların ailələrinə müavinət verilməsi məsələsi təcili həll ediləcək

Bakıda yaşayış binasında baş vermiş yanğın nəticəsində həlak olanların ailələrinə müavinətlərin verilməsi məsələsi təcili həll ediləcək.

Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib.

Binanın sakinlərinin yerləşdirilməsi üçün pansionatlarda kifayət qədər yer olduğunu vurğulayan Səlim Müslümov qeyd edib ki, kim haranı istəsə, orada da yerləşdiriləcək. Həmin ailələr ərzaq və geyimlə təmin olunacaq. Bununla bağlı heç bir problem yoxdur. Sakinlər mənzilləri hazır olana qədər həmin pansionatlarda qala biləcəklər. Cənab Prezident sakinlərin təcili yerləşdirilməsi ilə bağlı tapşırıq verib. Hadisə ilə əlaqədar yaradılmış Dövlət Komissiyasının bu gün ilk iclası olub.

Hazırda zərər çəkmiş ailələrə maliyyə vəsaitinin verilməsi məsələsinin həll olunduğunu bildirən nazir vurğulayıb ki, həlak olanların dəfn mərasimləri dövlət hesabına təşkil ediləcək. Onların ailələrinə müavinətlərin verilməsi məsələsi təcili həll olunacaq.

 

DİGƏR Xəbərlər Arxiv