YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Ermənistan etnik təmizləmə siyasəti həyata keçirib, soydaşlarımız öz ata-baba yurdlarından qovulub

Biz bu günlərdə Azərbaycanda çox mühüm dövlət bayramları ərəfəsindəyik. Həm 8 Noyabr - Zəfər Günü, həm də 9 Noyabr - Bayraq Günü artıq iki ildir fərqli hisslərlə qeyd edilir. İki il əvvəl şanlı Ordumuz, xalqımız Prezident İlham Əliyevim ətrafında birləşərək öz mərdliyini, mübarizliyini nümayiş etdirdi, torpaqlarımız işğaldan azad olundu.

Bunu xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən tədbirdə söyləyib.

Nazir bildirib ki, Ermənistan 1980-ci illərin sonu 1990-cı illərin əvvəlində Azərbaycana qarşı təcavüzkar siyasət yürüdüb. Xalqımız müstəqilliyimizin ilk günündən acı günlərlə qarşılaşıb, torpaqlarımızın 20 faizi işğal altına düşüb. Ermənistan etnik təmizləmə siyasəti həyata keçirib, soydaşlarımız öz ata-baba yurdlarından qovulub.

"Otuz il ərzində BMT Təhkükəsizlik Şurasının 4 qətnaməsi başda olmaqla, çoxsaylı qurumlar çərçivəsində işğal faktını ifşa edən, məcburi köçkünlərin öz torpaqlarına geri dönüşünü tanıyan qətnamələr qəbul edilib. Lakin Ermənistan qərar və qətnamələrə məhəl qoymadan işğal siyasətini davam etdirib", - deyə C.Bayramov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv