YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni tarix Zəfərimiz üzərində qurulur

Azər Badamov

Milli Məclisin deputatı

Prezident İlham Əliyevin Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına dəvət olunması və çıxış etməsinə imkan yaradılması ölkəmizin başçısına olan böyük ehtiram, böyük hörmət və Azərbaycana olan  dost münasibətin göstəricisidir. Əlcəzair XDR-nın müstəqilliyə gedən yolu ağır və keçməkeçli olmuşdur. Uzun illər Fransanın müstəmləkəsində olan əlcəzairlərin müstəqilliyə qovuşması milyonlarla şəhid qanı hesabına başa gəlmişdir. Fransa ancaq 1958-1962-cü illərdə 1,5 milyon əlcəzairlini vəhşicəsinə qətlə yetirmiş və təəssüf ki, törətdikləri qətliamlara görə beynəlxalq səviyyədə hələ də cinayət məsuliyyətinə cəlb olunmamışdır. O cümlədən Azərbaycan da müstəqilliyin ilk illərində soyqırımlara məruz qalmış və torpaqları işğal altına düşmüşdür. Bu gün isə Azərbaycan öz gücü və qüdrəti hesabına ərazi bütövlüyünü təmin etmiş, amma ermənilər hələ də törətdiyi cinayətlərinə görə məsuliyyətə cəlb olunmamışdır. Belə ki, Fransızlar və ermənilər soyqırımlar törətməsinə görə qardaşdırlar və ona görə də Emanuel Makron ermənilərə dayaq dayanır. Tarix isə göstərmişdir ki, gec-tez ədalət qalib gəlir və əli qanı batmışlar nə vaxtsa törətdikləri cinayətlərinə görə beynəlxalq ittiham kürsüsünə çıxarılacaq və məsuliyyətə cəlb olunacaqlar.

Azərbaycan iki il əvvəl yeni tarix yazmış və bu yeni tarix Zəfərimiz üzərində qurulmuşdur. Zəfərimizlə müharibənin başa çatmasından sonra ermənilərin dağıtıdıqları ərazilərin bərpası istiqamətdə gördüyümüz işlər dünya birliyi tərəfindən izlənilir və təqdir olunur. Prezident İlaham Əliyev Ərəb Dövlətləri Liqasının Zirvə toplantısına qalib lider kimi qatıldı və işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və Böyük qayıdışı həyata keçirməyimizlə bağlı geniş çıxışı tədbir iştirakçıları tərəfindən çox maraqla dinlənildi. Həm də ölkəmiz Prezident İlham Əliyevin liderliyi ilə 2023-cü ilə qədər Qoşulmama hərəkatına sədrilik edir. Ölkəmizin sədriliyi dövründə Qoşulmama Hərəkatının həyatında yeni bir mərhələ açılmışdır. Bu yeni mərhələ dünyanı narahat edən qlobal problemlərin həlli bağlı Qoşulmama Hərəkatının təşəbbüslərin artması və bu hərəkatın təsisatlanması ilə bağlıdır. Artıq Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmmama Hərəkatının Parlament Şəbəkəsi yaradılmış, Gənclər Şəbəkəsinin yaradılması istiqamətində də fəal işlər davam etdirilməkdədir. Qeyd etmək istəyirəm ki, Azərbaycan hansı beynəlxalq təşkilatda təmsil olunarsa, o təşkilatın fəaliyyəti aktivləşir və daha məsuliyyətli qərarlar qəbul olunur. O cümlədən Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında dövlət başçımızın iştirakı həm də bu təşkilatın fəaliyyətinə də müsbət töhfəsi olacaqdır. Bu gün dövlət başçımız dünya səviyyəli Lider statusunu qazanmış və Azərbaycanı dünyada məsuliyyətli və ədalətli ölkə kimi tanıtmışdır.