YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər ölməz, Vətən bölünməz!

Gədəbəy rayonu Qoşabulaq kəndində Vətən müharibəısi şəhidi Quliyev Nofəl İlham oğlunun şəhadətinin ikinci ildönümü münasibətilə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının sədri, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri və kənd sakinləri şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Şəhidin valideynləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.