YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər qürur mənbəyimizdir!

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canlarından keçən Biləsuvar rayonunun igid oğulları - Biləsuvar şəhərindən Qədirli İsmayıl Elçin oğlunun, Günəşli kəndindən Abdullazadə Teymur Faiq oğlunun, Nəsimi kəndindən Yoldaşov Alim Mirzə oğlunun şəhadətə yüksəlmələrinin ikinci ildönümü qeyd olunub.

Anım mərasimlərində Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və təşkilat nümayəndələri, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlərimizin əziz xatirələri ehtiramla anılıb, ruhlarına dualar oxunub.