YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqilliyin Bərpası Günü ilə bağlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı və Odlar Yurdu Universitetinin birgə təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Odlar Yurdu Universitetinin prorektoru Qabil Qafarov, YAP Nərimanov rayon təşkilatının əməkdaşları, universitetin kollektivi, müəllim və tələbə heyəti iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə giriş nitqi ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev bildirib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyini əldə etməsi tarixi hadisədir və ölkə vətəndaşları üçün əlamətdar gündür. Samir Vəliyev müstəqilliyin bərpasından sonrakı hadisələrdən bəhs edərkən deyib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl olub. Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü daxili və xarici siyasət dövlətimizin daha da güclənməsinə, regionda lider olmasına gətirib çıxarıb. Təşkilat sədri 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfərə diqqət çəkərək vurğulayıb ki, bu Qələbə xalqımıza böyük qürur yaşatdı və bütün dünyada Azərbaycan üçün qalib ölkə imicini formalaşdırdı.

Digər çıxış edənlər dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlərdən bəhs ediblər.

Çıxışlardan sonra Odlar Yurdu Universitetinin tələbələrinin təqdimatında ədəbi- bədii kompozisiya nümayiş olunub.

Sonda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri fəxri fərmanla təltif olunublar.