YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müasir Azərbaycan tarixində yeni eranın başlandığı gün

Sevinc Qasımova

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini

2003-cü il oktyabrın 15-də cənab İlham Əliyevin Prezident seçilməsi müasir Azərbaycan tarixində yeni eranın başlandığı gündür. 1990-cı illərin əvvəllərindən başlayan dağıdıcı proseslər, Ulu Öndər Heydər Əliyev tərəfindən aradan qaldırıldı və dövlət inkişaf yoluna qədəm qoydu. 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi. Ulu Öndərin “Ona özüm qədər inanıram və mənim başa çatdıra bilmədiyim işləri o yekunlaşdıracaq” - sözləri real həyatda öz təsdiqini tapdı. Xalqın etimadını qazanan Prezident İlham Əliyevin ötən müddət ərzində həyata keçirdiyi islahatlar, transmilli layihələr, iqtisadi inkişaf, ordu quruculuğu, tikinti-abadlıq işləri, dövləi idarəetmə sisteminin təkmilləşdirilməsi, beynəlxalq təşkilatlardakı rolu Azərbaycanın güclü, lider dövlət obrazını formalaşdırdı. 30 ildən bəri işğalda olan torpaqlarımızın azad olunması, Müzəffər Ali Baş Komandan kimi adını tarixə yazdırmaq kimi şərəfli missiyanı yerinə yetirmək məhz İlham Əliyevə nəsib oldu. Prezident 44 günlük Vətən müharibəsində cəbhədə döyüşən orduya komandanlıq etdiyi kimi, informasiya müharibəsinin də önündə gedirdi. Onun, bir çox ölkələrin liderləri, dünyanın nüfuzlu, bəzi hallarda isə qərəzli KİV-i qarşısında qətiyyət və prinsipiallıqla dövlət maraqlarıməzı müdafiə etməsi, xalqımızın qürur mənbəyinə çevirdi.

BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi  Ali Baş Komandanın qətiyyəti, xalqın birliyi, Ordunun gücü sayəsində yerinə yetirildi. Nüfuzlu dövlətlərin təmsil olunduğu ATƏT-in Minsk qrupunun  bacarmadığı işi Prezident-Xalq tandemi yoluna qoydu: torpaqlarımız işğalçılardan təmizləndi.

Prezident İlham Əliyev hazırda Qarabağ və Şərqi Zəngəzur bölgəsində olduqca nəhəng işlərə imza atır. Qarabağ bərpa olunur və Böyük Qayıdış strategiyası yerinə yetirilir. Dövlət başçısının bu missiyası çətin olduğu qədər də şərəflidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın tərəqqisinə və milli gücünün artmasına xidmət edir, Azərbaycanın inkişafının davamlı xarakter daşımasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə, idarəetmənin təkmilləşdirilməsi və demokratik inkişaf prosesinə əhəmiyyətli töhfə kimi xarakterizə olunur. Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən institusional islahatlar idarəetmənin təkmilləşdirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Bu baxımdan, ümumxalq səsverməsi vasitəsilə respublikamızda yeni idarəçilik institutunun - vitse-prezidentlik təsisatının yaradılması xüsusi olaraq vurğulanmalıdır. Ötən zaman göstərdi ki, ölkədə vitse-prezidentlik təsisatının yaradılması yeni nəsil islahatların həyata keçirilməsi, vətəndaşlara dövlət diqqəti və qayğısının gücləndirilməsi, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davam etdirilməsi baxımından mühüm amil oldu.Birinci vitse-prezident təyin edilən Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın inkişafına müstəsna töhfələr verir. Başqa sözlə, bu gün Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevanın çoxşaxəli, ictimai əhəmiyyətli fəaliyyəti ölkəmizin tərəqqisi, ayrı-ayrı sahələrdə mühüm inkişaf göstəricilərinin əldə olunması baxımından böyük önəmə malikdir.

Ümumilikdə, müasir Azərbaycanın qüdrəti, dünya güc sistemində qətiyyətli yeri və nüfuzu birbaşa İlham Əliyevin yürütdüyü siyasətlə bağlıdır. Çünki dövlət, xalq və ordu o zaman güclü olur ki, ona qüdrətli siyasi lider başçılıq edir.

Azərbaycanın inkişafının, parlaq gələcəyinin, möhtəşəm qələbəsinin təminatçısı olan İlham Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunub.

DİGƏR Xəbərlər Arxiv