YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda şəhidlərin məzarları ziyarət olunub

Yevlaxda Vətən müharibəsi şəhidləri Mirzəyev Elçin Maqsud oğlunun, Budaqov Rəşad Ramiz oğlunun, Səmədov Sadiq İbrahim oğlunun şəhadətlərinin ildönümü münasibətilə rayonun Şəhidlər xiyabanında məzarları ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının rəhbərliyi, Yevlax Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə və müəssisə əməkdaşları, ictimaiyyət nümayəndələri şəhidlərin məzarları önünə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.

Sonra məktəblilərin ifasında Vətənə, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Daha sonra tədbir iştirakçıları şəhidlərin ailələrini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar. Vətənin qəhrəman övladlarının şərəfli həyat və döyüş yolundan geniş bəhs olunub.

DİGƏR Xəbərlər Arxiv