YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qəhrəmanlar unudulmur!

Şabran rayonu Sincanboyat kəndində şəhid Nurməmmədov Nurlan Niyazi oğlunun, Surra kəndində isə şəhid Ağayev Əmirağa Mahir oğlunun şəhadətlərinin ikinci ildönümü münasibətilə xatirələri anılıb.

Anım mərasimlərində Yeni Azərbaycan Partiyası (YAP) Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn İlyasov, müavini İlkin Ağayev, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları rayonun Şəhidlər xiyabanında şəhidlərin məzarlarını ziyarət edib, üzərilərinə gül-çiçək dəstələri düzüb, əziz xatirələrini böyük ehtiramla yad ediblər.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv