YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin xatirəsi yad edilib

Vətən müharibəsi şəhidi baş leytenant Elçin Əvəz oğlu Əzizovun İkinci Fəxri xiyabanda xatirəsi anılıb.

Anım mərasimində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Ceyhun Məmmədov, Aydın Mirzəzadə, Dövlət Sərhəd Xidmətinin generalları, zabit və əsgərləri, partiya fəalları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin məzarı ziyarət olunub, önünə tər güllər düzülüb, ruhuna dualar oxunub.

DİGƏR Xəbərlər Arxiv