YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsinə əbədi ehtiram

Ağstafada Vətən müharibəsi şəhidləri Məmmədli Fazil Razim oğlunun və Şıxməmmədov Natiq Zakir oğlunun şəhadətlərinin ikinci ildönümündə xatirələri anılıb.

Bu münasibətilə rayonun Vurğun qəsəbə qəbiristanlığında şəhid Fazil Məmmədlinin, Dağ Kəsəmən kənd qəbiristanlığında isə şəhid Natiq Şıxməmmədovun məzarları ziyarət olunub, üzərilərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub, əziz xatirələri ehtiramla anılıb.

Anım mərasimlərində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev, şöbənin əməkdaşı Vüqar Həsənov, Ağstafa RİH yanında İctimai Şuranın üzvləri, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin direktoru Nicat Vəkilov, Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev, şəhid ailələri, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Vurğun qəsəbə qəbiristanlığında digər Vətən müharibəsi şəhidləri Əlizadə Xəyal Nəsrəddin oğlunun və Nəzərli Vasif Zahid oğlunun da məzarları ziyarət olunub, əziz xatirələri yad edilib.

Daha sonra tədbir iştirakçıları şəhidlərin ailə üzvlərini ziyarət edərək onların qayğıları ilə maraqlanıblar. Söhbət zamanı Fazil və Natiqin şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhid ailələri dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Fazil Məmmədli 2020-ci il oktyabr ayının 16-da, Natiq Şıxməmmədov isə oktyabr ayının 17-da Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəliblər. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid Fazil Məmmədli ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, Natiq Şıxməmmədov isə “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv