YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətçilik tariximizin yeni və daha möhtəşəm mərhələsinin başlandığı gün

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında müstəsna xidmətlərindən biri siyasi varisliyin təmin edilməsidir. O, özündən sonra Azərbaycanı müstəqillik və tərəqqi yolunda zirvələrə daşıyan, tarixi Zəfərə nail olan Lider yetişdirməklə misilsiz tarixi missiya gerçəkləşdirmişdir.

Yaxşı xatırlayırıq, Ulu Öndər Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına ünvanladığı müraciətdə “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, - deyə inamla, əminliklə və qətiyyətlə söyləmişdi. Bu inam özünü doğrultdu. 15 oktyabr 2003-cü il tarixində xalqın cənab İlham Əliyevə böyük etimadı nəticəsində dövlətçilik tariximizin yeni və daha möhtəşəm mərhələsinin əsası qoyuldu. 

 Cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidenti kimi bütün vədlərinə sadiq olan və xalqın etimadını doğruldan Lider olduğunu sübuta yetirdi. Azərbaycan güclü və qüdrətli dövlətə çevrildi.

Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət ölkəmizin müasirləşməsini, respublikamızın simasının əsaslı dərəcədə dəyişməsini, dünya birliyinin layiqli üzvünə çevrilməsini təmin etdi. Azərbaycan ötən 19 il ərzində böyük inkişaf yolu keçdi, bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə edildi. Cənab İlham Əliyev inkişafın milli modelini formalaşdırdı. Bu gün qürurla və şərəflə qeyd edirik ki, Azərbaycan çoxəsrlik dövlətçilik tarixinin ən qüdrətli dövrünü yaşayır.

31 oktyabr 2003-cü il tarixində keçirilən andiçmə mərasimindəki nitqində “Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”, - deyən cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və dövlətimizin yeni şanlı tarixinin yazılması, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyü və tarixi ədalətin bərpa olunması isə milli qürur mənbəyimiz və çoxəsrlik dövlətçilik tariximizin Zirvə hadisəsidir.

Yeni mərhələdə Azərbaycan öz strateji hədəflərini qətiyyətlə reallaşdırır. Heydər Əliyev ideyaları və Prezident İlham Əliyevin uğurlu siyasəti Azərbaycanı yeni zirvələrə və qələbələrə doğru aparır!

DİGƏR Xəbərlər Arxiv