YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdədə YAP-ın yaradılmasının 30 illiyi münasibətilə şahmat yarışı keçirilib

Bərdədə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə şahmat yarışı keçirilib.

Bərdə rayon təşkilatının, rayon Gənclər və İdman İdarəsinin, Bərdə Regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 14-35 yaşarası şahmatçılar iştirak edib.

YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə təbrik edib, partiyanın dövlət müstəqilliyimizin möhkəmləndirilməsində yeri və rolundan danışıb.

Rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli, Bərdə Regional “ASAN xidmət” mərkəzinin direktoru İlahə Quliyeva, Uşaq Gənclər Şahmat Məktəbinin müəllimi Əbülfət Məmmədov ulu öndər Heydər Əliyevin nurlu ideyalarının daşıyıcısı olan YAP-ın ümumxalq partiyasına çevrilməsindən danışıb, idmançılara uğurlar arzulayıblar.

Püşkatma ilə başlayan yarış dairəvi sistem üzrə keçirilib. Yekun nəticələrinə əsasən Fəxri Əliyev birinci, Turqay Baxşalıyev ikinci, Elvin Hüseynov üçüncü yeri tutaraq təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyə ilə mükafatlandırılıblar.

DİGƏR Xəbərlər Arxiv