YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi ilə bağlı tədbirlər davam edir

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə YAP Laçın rayon təşkilatı Təhsil ərazi partiya təşkilatında tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Təhsil ərazi partiya təşkilatının sədri Nicat Həsənov ötən dövr ərzində ərazi partiya təşkilatının fəaliyyətindən danışıb.

Tədbirdə iştirak edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı zamandan keşməkeşli yol keçib və ümumxalq partiyasına çevrilib. Azərbaycan xalqının Ümummilli Liderinin qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün istər ölkə daxilində, istərsə də regionda lider partiya olan Yeni Azərbaycan Partiyası həm ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atıb.

İ.İlyasov əlavə edib ki, Partiyanın yaradıcısı Ulu Öndərin siyasi yolu və ideologiyası Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Daha sonra tədbirdə çıxış edən YAP fəalları bildiriblər ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayıb. Əminlik ifadə olunub ki, Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Yeni Azərbaycan Partiyasının sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.

DİGƏR Xəbərlər Arxiv