YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatının növbəti ərazi partiya təşkilatı təsis edilib

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibəti ilə YAP Nəsimi rayon təşkilatı “Səməd Vurğun 53” ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.

Bu münasibətlə keçirilmiş təsis iclasında çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq, zərurətdən yaranmış bir partiyadır.

Sonra çıxış edən partiya üzvü, NB Holdinq ASC-nin Hüquq Şöbəsinin hüquqşünası Elşad Daşdəmirov qeyd edib ki, Partiyamızın xarici əlaqələri çox genişdir və bu əlaqələr gündən-günə genişlənir. Ölkə daxilində mövqelər çox möhkəmdir. Partiyamız demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. “Səməd Vurğun 53” ərazi partiya təşkilatına Elşad Daşdəmirov sədr, Elvin Hüseynov isə sədr müavini seçildiseçilib.