YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Ölkəmizin mövqeyini təqdim edərək qəbul etdiririk

AŞPA payız sessiyası da gərgin müzakirələrlə keçdi. Azərbaycanın milli maraqlarının, onun mövqeyini və haqq sözünü çatdırdıq.

Vurğulamalıyam ki, Prezident ilham Əliyevin son görüşlərinin, xüsusilə də Praqa səfərinin bu sessiyanın gedişinə, eləcə də mövqeyimizin gücləndirilməsinə böyük təsiri oldu.

Bu fikirləri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. Bildirib ki, Azərbaycanın güclü siyasi mövqeyi təqdim edilərək sessiya zamanı erməni lobbisi, onların havadarlarının ölkəmizə qarşı hücumlarının qarşısı alınıb. “Onlar çox çalışdılar ki, Avropa Şurasının adından hər hansı bir sənəd qəbul olunsun, ancaq onların bu ciddi-cəhdi yalnız məruzəçiləri tərəfindən bir-iki sözün səsləndirilməsi ilə nəticələndi. Məruzələri, eləcə də müzakirələri istədikləri kimi dəyişdirməyə, onlara uyğun şəkildə adlandırmağa cəhd edirdilər, ancaq alınmadı. Çox çalışdılar xüsusi bir məruzə qəbul olunsun, bu cəhdləri də rədd edilərək iflasa uğradı. Çox çalışdılar ki, Avropa Şurasının rəhbərliyi tərəfindən Azərbaycana qarşı qeyri-obyektiv çıxış edilsin, ancaq bu da alınmadı. Yeni də bir-iki erməni deputatı, onların “dostları”, ətraflarında olan bəzi fransız siyasətçilərin belə cəhdləri fiasko ilə nəticələndi”,- deyə S. Seyidov bildirib.

Qeyd edib ki, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin bütün üzvləri birlikdə ölkəmizdə mövcud həqiqətləri, reallıqları avropalı parlamentarilərə çatdıraraq, Azərbaycan Prezidentinin güclü siyasətinə, regionda yaratdığı yeni reallığa arxalanaraq, ölkəmizin mövqeyini təqdim edərək qəbul etdiriblər. Bu proses getdikcə daha da genişlənəcəyinə əminik.

DİGƏR Xəbərlər Arxiv