YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astara rayonun Ərçivan qəsəbəsində şəhid Tərlan Quliyev anılıb

Oktyabrın 14-də Astara rayonun Ərçivan qəsəbəsində 44 günklük Vətən Müharibəsi şəhidi Quliyev Tərlan Mehman oğlunun şəhadətinin ikinci ildönümü münasibəti ilə anım mərasimi keçirilib.

Mərasimdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Astara Rayon İcra Hakimiyyətinin şöbə müdiri Turan Həsənzadə, YAP ƏPT sədrləri, partiya fəalları, Şəhidlərin valideyinləri, rayon ictimaiyyəti, şəhidin döyüş yoldaşları iştirak ediblər.  

YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov mərasimdə çıxış edərək Dovlət Başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərə olan böyük qayğısından danışıb.

Şəhidin döyüş yoldaşları-Saatlı rayonundan Fərəcov Ellər və Masallı rayonundan Məmmədov Fariz şəhid Tərlan Quliyevin keçdiyi şərəfli döyüş yolundan danışıb, onun əziz xatirəsini yad ediblər.

Şəhid ailələri onlara göstərilən qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.