YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülh prosesinə təkan verilib

Elçin İsmayılov

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri

"Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət kursu bütün dövlətlərlə və təşkilatlarla yaxın əməkdaşlıq əlaqələrini təmin edir. Bu mənada, Avropa İttifaqı ilə də bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq aparılır. Bu əməkdaşlıqlar çoxşaxəli olsa da, əsasən enerji məsələlərini əhatə edir. Bu ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumu buna bariz misaldır. Hazırki gərgin geosiyasi situasiyada Avropanın Azərbaycanın enerji resurslarına böyük tələbatı var. Mövcud geosiyasi vəziyyət bizim resurslarımıza tələbatı kəskin artırmışdır. Ötən il qaz ixracatımız əvvəlki ilə nisbətən 40 faiz artmışdır. Bu il təxminən daha 30-40 faiz artacaqdır. Əlbəttə ki, bu, böyük sərmayə tələb edir. Ona görə Avropa İttifaqı ilə imzalanmış Memoranduma əsasən növbəti illərdə biz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırırıq. Əgər keçən il bu, 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu, ən azı 18 milyard kubmetr olacaq. İndi yeni qaz yataqları istismara düşür, mövcud qaz yataqlarından hasilat artırılacaq. Azərbaycanın həm qazı, həm nefti, eyni zamanda, elektrik enerjisi də Avropa qitəsinə ixrac ediləcək. O cümlədən, Azərbaycanda bərpaolunan enerji növlərindən istifadə olunması böyük həcmdə təbii qaz ehtiyatı yaradacaq. Enerji təsərrüfatının səmərəliliyinin artırılması nəticəsində itkilər müəyyən dərəcədə ixtisar ediləcək. Təbii ki, bu əlaqələr yalnız enerji sektoru ilə məhdudlaşmır. Nəqliyyat sahəsində əməkdaşlıq üçün də yeni imkanlar yaradılıb. Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün çox önəmlidir. Burada həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri nəzərdə tutulur. Avropa İttifaqı ilə əməkdaşlığımızın ən önəmli istiqamətlərindən birini təşkilatla ölkəmiz arasındakı fəal siyasi dialoq təşkidl edir. Hətta əlaqələrin daha da yaxınlaşdırılması üçün yeni saziş üzərində iş aparılır. Məlum olduğu kimi, sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır. Ümumiyyətlə, son dövrlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı kəskin artıb, eyni zamanda, mahiyyət də yeni müstəviyə çıxıb və qarşılıqlı etimad artıb".

Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir. "Aİ Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərin normallaşması prosesinə də böyük töhfə verir. Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilib və hər dəfə sülhə daha da yaxınlaşırıq. Oktyabrın 6-da baş tutan dördtərəfli görüş Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edilmişdi və bu görüş zamanı da önəmli məsələlər müzakirə olunub. Vurğuladığım kimi, görüşlərin yeganə məqsədi tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına fokuslanıb. Artıq XİN rəhbərlərinin iştirakı ilə də toplantılar keçirilib. Təmaslar davam edir. Sülh prosesinə artıq təkan verilib". Tərəflər arasında etimad mühitinin formalaşdırılmasına böyük ehtiyac var. İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər tərəfindən ən azı 1400 mina basdırılıb və bu, bizə qarşı növbəti cinayətdir, növbəti terror aktıdır. Ermənistanın bu addımları sülhə zərər gətirir. 250-dən çox azərbaycanlı müharibədən sonra ya həlak olub, ya da ki, ağır yaralanıb. Bizə qarşı davam edən erməni terroruna son qoyulmalıdır: "Ermənistan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri də yerinə yetirmir. Bu günə qədər erməni silahlı birləşmələri bizim torpağımızdan çıxarılmayıb. Bu təmin edilməlidir. Prezident İlham Əliyev Praqada Azərbaycan televiziyalarına müsahibəsində də bildirib ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik. Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar".

Praqada keçirilən tədbir Azərbaycanın növbəti diplomatik qələbəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda qəbğul edilən bəyanat ölkəmizin maraqlarını təmin edir: "Bu bəyanatla Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Bəyanatda qeyd olunur ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir. Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini də tanımış oldu".

Artıq sərhədlərin delimitasiyası ilə bağlı da razılıq əldə olunub. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya etibarlı mühitin yaradılmasına və sərhədlərin delimitasiyasına xidmət edəcəkdir. "Praqada təşkil olunmuş görüşlərdə ölkəmizin milli maraqları təmin olundu. 5 saatdan artıq davam edən görüşlərdə ölkəmizin mövqeləri prinsipial olaraq təmin olundu. Ən əsası isə Prezident İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin qarşısı alındı.