YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdamda şəhidlərin anım mərasimləri keçirilib

Ağdamda Vətən müharibəsi şəhidləri Həsənov Məqsəd Mahir oğlunun və İbrahimli Qəşəm Süleyman oğlunun xatirələri anılıb.

Anım mərasimlərində Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Məmmədov, Ağdam Rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov, partiya fəalları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə rayonun Şəhidlər xiyabanında şəhidlərin məzarını ziyarət edərək ruhlarına dualar oxuyub, əziz xatirələrini ehtiramla anıblar.

Məktəblilər Vətənə, orduya, şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.

Daha sonra tədbir iştirakçıları şəhidlərin ailəsinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Məqsəd Həsənov 2020-ci ilin oktyabr ayının 7-də Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid Qəşəm İbrahimli isə 2020-ci il oktyabrın 9-da Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.