YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir Fergus Auld: Böyük Britaniya regionda sülhün mümkün qədər tez əldə olunmasını arzulayır

Bu gün Gəncə şəhərinin məruz qaldığı dəhşətli raket hücumunun ikinci ildönümüdür. Həmin faciəli gündə həlak olanların ailələrinə başsağlığı vermək istərdim. Həmçinin iki il əvvəlki müharibədə və döyüşlər başa çatdıqdan sonra toqquşmalarda və mina partlayışları nəticəsində həyatını itirənlərin də yaxınlarına başsağlığımı çatdırmaq istərdim. Böyük Britaniya regionda sülhün mümkün qədər tez əldə olunmasını arzulayır.

Bu barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auld etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edərkən deyib.

Səfir qeyd edib ki, ilk dəfə Azərbaycana Azərbaycan dili tələbəsi kimi gəlib, altı həftə ərzində Gəncə şəhərində yerli bir ailə ilə yaşayıb, onların yeməklərini yeyib və həyatlarını paylaşıb. “Sizin mənə söylədiyiniz kimi, bu öyrənmə Sizin mədəniyyətinizə dərin hörmətimi və böyük ölkənizi anlamaq istəyimi göstərdi. Xoş qarşılanmağım və xalqınızın qonaqpərvərliyi məni valeh etdi. Çox şadam ki, Azərbaycana səfir və dost kimi qayıdıram”, - deyə Fergus Auld vurğulayıb .