YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin xatirəsi anılıb

Biləsuvar rayonunun Ağalıkənd kəndindən şəhid Qurbanov Ruslan Üzeyir oğlunun, Nəsimi kəndindən şəhid Vəliyev Sehran Nizami oğlunun və Xırmandalı kəndindən şəhid Məmmədov Elvin Tərlan oğlunun şəhadətlərinin ikinci ildönümü qeyd edilib.

Anım mərasimlərində Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli, SHXÇDX-nın Biləsuvar rayon şöbəsinin rəis müavini Vasif Rzayev, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlərin əziz xatirəsi ehtiramla anılıb, ruhlarına dualar oxunub.