YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsinin ilk günündə şəhadətə yüksələn qəhrəmanlar

Biləsuvarda Vətən müharibəsinin ilk günündə şəhadətə yüksələn Abıyev İlkin İslam oğlunun və Gözəlov Xalid Həsən oğlunun xatirələri anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, ərazi partiya təşkilat sədrləri və partiya fəalları rayonun Əsgərabad kəndində şəhid İlkin Abıyevin, Aşağı Cürəli kəndində isə şəhid Xalid Gözəlovun ailələrini ziyarət ediblər.

Ziyarətçilər şəhid valideynlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlıqlarını bildiriblər.

Şəhid ailələrinin qayğı və problemləri dinlənilib.