YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş diplomatlar arasında telefon danışığı...

Sentyabrın 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, nazirlər bölgədə mövcud olan son vəziyyət üzrə fikir mübadiləsi aparıblar. Postmünaqişə mərhələsində bölgədə Azərbaycan tərəfindən görülən tədbirlərin, o cümlədən geniş bərpa və quruculuq işlərinin bölgənin sülh şəraitində inkişafına xidmət etdiyi vurğulanıb.

Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual mövzularını, həmçinin Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə hazırlıq məqsədilə İstanbulda keçirilməsi nəzərdə tutulan nazirlər görüşü ilə bağlı məsələləri müzakirə ediblər.

DİGƏR Xəbərlər Arxiv