YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaman lazımdır

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri   

Düz iki il bundan qabaq Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. 44 gün davam edən və  Vətən müharibəsi, “dəmir yumruq” əməliyyatı, 2-ci Qarabağ savaşı, böyük qələbə kimi də adlandırılan bu savaş tariximizə qızıl hərflərlə yazıldı. Ön cəbhədə hərbçilərimizin şücaəti, ordumuzun rəşadəti, arxa cəbhədə mülki insanlarımız, bütövlükdə isə xalqımızın həmrəyliyi nəticəsində qələbə çaldıq.  Nəticə olaraq Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Baxmayaraq ki, Ermənistanda hələ də revanşdan danışanlar var, ancaq gec və ya tez İrəvanın yazılı sənədlə öz üzərinə götürdüyü öhdəliklərin hamısını yerinə yetirməyə vadar olacaq. Qarabağ iqtisadi rayonunda yaşayan sadə ermənilər çox yaxşı bilirlər ki, Azərbaycan vətəndaşlığını qəbul edib bayrağımızın altında yaşamaqlarında başqa yolları  yoxdur. Çünki bu bəyanata əsasən  Ermənistanın Azərbaycana qarşı olan bütün iddialarından əl çəkərək ölkəmizin ərazi bütövlüyünü tanımalıdır.

Ali Baş Komandan İlham Əliyevin: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik” fikirləri bütün dünyaya bir mesajdır. Bu mesaj 30 ildən çox müddətdə Ermənistana havadarlıq edən və Azərbaycanda çaxnaşma yaratmağa çalışan qüvvələri xüsusilə narahat edir. Onlar narahat olmaqlarında haqlıdırlar. Çünki Azərbaycan Ordusu Vətən müharibəsində qələbədən sonra da davamlı olaraq müxtəlif təlimlər təşkil edərək öz döyüş təcrübəsini artırır. Ordumuz hələlik müharibə bitsə də hər zaman döyüşə hazırdır. Sərhəddə baş verən son hadisələr bir daha göstərir ki, Ermənistan yenə də alət və maşa rolunu məharətlə oynayır. Ancaq bu yanaşma Ermənistanı yalnız uçuruma və yeni fəlakətlərə aparacaq. Ümumiyyətlə, rəsmi İrəvan törətdiyi vandalizmlərə görə cavab verəcək. Bunun üçün sadəcə zaman lazımdır. Cənab Prezidentin də qeyd etdiyi kimi biz nəyi, nə zaman edəcəyimizi yaxşı bilirik.

Artıq  Qarabağa həyat yenidən qayıdıb. Bir zamanlar xəyallarda canlandırılan, hekayələrdə oxunan, şəkillərini gördüyümüz Şuşanı, Cıdır düzünü artıq hər kəs canlı olaraq görür. İnanırıq ki, xalqımızın güclü iradəsi və yenilməz əzmi, ölkə başçısının yeritdiyi müdrik siyasət nəticəsində biz Qarabağı əvvəlkindən də gözəl bir diyara çevirəcəyik. İşğaldan azad edilmiş torpaqlarımızda, xüsusən Şuşa şəhərində aparılan quruculuq işləri bizi belə bir qənaətə gətirir. Əminliklə deyə bilərik ki, Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan qardaş və bacılarımızın ruhları şaddır.

DİGƏR Xəbərlər Arxiv