YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni regional reallıqlar

Misirin “Əl Hivar” Siyasi və Media Araşdırmaları Mərkəzində “Qarabağ. Yeni regional reallıqlar” mövzusunda konfrans təşkil edilib. Tədbirdə Misirin ictimai-siyasi xadimləri, professorlar, tədqiqatçı alimlər iştirak ediblər.

Mərkəzin direktorunun müavini Huşam Məqdinin moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən Azərbaycanın Misirdəki səfiri Tural Rzayev İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri, ölkəmizin sülh və regional əməkdaşlıq təşəbbüsləri haqqında ətraflı məlumat verib. O, həmçinin Ermənistanın Azərbaycanla sərhəddə son təxribatları, bu insidentin sülh prosesinə ciddi zərbə vurmasından da bəhs edib. Səfir vurğulayıb ki, regionun ən qüdrətli Ordusuna və güclü iqtisadiyyata malik olan Azərbaycan müharibə istəmir və sülh müqaviləsinin imzalanması, Ermənistanla sərhədlərin delimitasiyası üzrə səylərini davam etdirir. ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistanda verdiyi bəyanatlar isə destruktiv xarakterlidir. Bu qərəzli bəyanatların əsas məqsədi Birləşmiş Ştatlarda keçiriləcək parlament seçkiləri ərəfəsində erməni seçicilərin səslərini qazanmaqdır.

Huşam Məqdi “Əl Hivar” mərkəzinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan quruculuq işləri, sülh təşəbbüsləri ilə bağlı məqalələrin hazırlandığı, həmçinin müxtəlif tədbirlər keçirildiyini diqqətə çatdırıb. O, bununla bağlı görülən işlər barədə xüsusi təqdimat edib.