YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin doğum günü qeyd olunub

Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülən Turabov Rüstəm Fərman oğlunun anadan olmasının 24-cü ildönümü qeyd edilib.

Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, şəhidin ailə üzvləri Vətən qəhrəmanının məzarını ziyarət edib, Vətənimizin bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini yad edib, ruhlarına dualar oxuyub, məzarı üzərinə tər çiçəklər düzüblər.

Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onun göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs olunub.

Abşeron RİH başçısının müavini Gülnar Rəhimova daha sonra şəhidimizin əvvəllər yaşadığı Güzdək qəsəbəsindəki evinə gələrək onun ailə üzvləri ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.

Şəhid ailə üzvləri də dövlət səviyyəsində onlara hər zaman böyük diqqət və qayğının göstərildiyin qeyd edərək, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.