YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Laçın şəhəri, Zabux və Sus kəndləri ilk növbədə yenidən qurulacaq

İndi isə Laçın şəhərini bərpa etmək vaxt çatıb və artıq buna hazırlıq görülür.

Bunu Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimindəki çıxışında bildirib.

Hazırlıq işlərindən danışan dövlətimizin başçısı deyib: “Mən avqustun 26-dan dərhal sonra buraya bir neçə qrup göndərmişəm, bütün yaşayış fondunun təhlili, uçotu aparılacaqdır, dəymiş ziyan hesablanacaqdır. Eyni zamanda, təxirəsalınmaz işlərin görülməsi üçün təkliflər hazırlanacaqdır. Laçın şəhəri, Zabux kəndi, Sus kəndi ilk növbədə yenidən qurulacaq”.

Buna tez bir zamanda nail olunacağına əminliyini bildirən Azərbaycan Prezidenti vurğulayıb ki, Vətən müharibəsindən sonra bu günə qədər keçən dövr ərzində gördüyümüz genişmiqyaslı quruculuq və bərpa işləri öz diyarımızı, Vətənimizi öz hesabımıza bərpa etdiyimizi və edəcəyimizi göstərir.