YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gədəbəy rayon təşkilatında görüş keçirilib

Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatında ərazi partiya təşkilat sədrləri ilə görüş keçirilib.

YAP Gədəbəy rayon təşkilatının sədri Rüstem Nağıyev ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin yorulmaz və qətiyyətli siyasət yürütməsi nəticəsində Azərbaycanın dünyanın ən aparıcı dövlətləri sırasında yer aldığını bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının sıraları genişlənir. Partiya monolit birliyi, sosial bazası və yüksək intellektual potensiala malik olan hakim siyasi təşkilatdır.

R.Nağıyev rayon təşkilatının fəaliyyətindən, qarşıda duran vəzifələrdən də danışıb. Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illik yubileyi ilə baglı ərazi partiya təşkilatlarına tapşırıqlar verib.

Müzakirə formatında davam edən görüşdə ərazi partiya təşkilat sədrlərinin təklifləri dinlənilib.