YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransa XİN: Azərbaycanın Parisdəki səfirliyini hədəf alan qəbuledilməz insidentlərdən təəssüflənirik

Biz Azərbaycanın Parisdəki səfirliyini hədəf alan qəbuledilməz insidentlərdən təəssüflənirik.

Bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qros özünün tviter səhifəsində Fransa Xarici İşlər Nazirliyinin açıqlamasına istinadla bildirib.

“Fransa hökumətinin səlahiyyətliləri səfirliyin təhlükəsizliyini bərpa etmək və onun normal fəaliyyətini təmin etmək üçün bütün tədbirləri görüblər. Belə hadisələrin baş verməməsi üçün ayıq-sayıqdırlar”, - deyə açıqlamada qeyd edilib.