YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ dövlət katibi Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşüb

Sentyabrın 19-da ABŞ dövlət katibi Antoni Blinken BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Bu barədə Antoni Blinken özünün tviter hesabında yazıb.

“Bu gün mən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birbaşa danışıqlara ev sahibliyi etdim. Görüş zamanı bildirdiyim kimi, qoşunların ayrılması və diplomatların masa arxasına qayıtmasının vaxtı gəlib".