YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin doğum günündə xatirəsi anılıb

Biləsuvarda İkinci Qarabağ müharibəsi şəhidi Qədirli İsmayıl Elçin oğlunun 24-cü doğum günü münasibətilə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyəti başcısı Aparatının şöbə müdiri Zamiq Mənsimli və SHXÇDX-nın rayon şöbəsinin rəis müavini Vasif Rzayev şəhidin ailəsinə baş çəkiblər.

Şəhidin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib.

Ziyarət iştirakçıları şəhidin atasına başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlıqlarını bildirib, ailənin qayğı və problemləri ilə maraqlanıblar.

Daha sonra Biləsuvar şəhər qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Qeyd edək ki, şəhid İsmayıl Qədirli 2020-ci il oktyabrın 28-də Xocavənd istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib. Prezidentin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.