YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Malik Həsənov yaralı hərbiçilərimizlə görüşüb

Milli Məclisin deputatı Malik Həsənov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovla birlikdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Respublikasının Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan zaman qəhrəmancasına vuruşaraq yaralanan və Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında müalicə olunan hərbiçilərimizlə görüşüb.

Görüşdə Milli Məclisin deputatı Malik Həsənov hərbi qulluqçularımızın səhhəti və qayğıları ilə maraqlanıb, onlara tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.

Hərbiçilərimiz onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.