YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı metropoliteni işçilərinin peşə bayramı günü dəyişdirilib

Prezident İlham Əliyev “Bakı metropoliteni işçilərinin peşə bayramının təsis edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamla hər il noyabr ayının 6-sı Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunacaq.

Qeyd edək ki, indiyədək metropoliten işçilərinin peşə bayramı 8 noyabrda qeyd olunurdu.