YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malayziyanın Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində qarşıdurma ilə bağlı sülhə çağırış bəyanatı yayıb

Malayziyanın Xarici İşlər Nazirliyi cari il sentyabrın 13-də Ermənistan-Azərbaycan şərti sərhədinin Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində Ermənistan silahlı qüvvələrinin geniş miqyaslı hərbi təxribatı ilə əlaqədar bəyanat yayıb.

Sentyabrın 17-də dərc olunmuş bəyanatda Azərbaycan-Ermənistan sərhədində baş vermiş hadisələrlə bağlı dərin narahatlıq ifadə olunub.

Malayziya XİN tərəfləri gücdən istifadənin məhdudlaşdırılmasına, növbəti eskalasiyaya getməməyə və regiona sülh gətirəcək dinc danışıqların başlanmasına çağırıb.

Qeyd edək ki, Malayziya Azərbaycanın ərazi bütövlüyünə vurğu edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini, eləcə də İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının oxşar məzmunlu sənədlərini ən fəal şəkildə dəstəkləyən dövlətlərdən biridir. Malayziya, həmçinin 2008-ci ildə BMT Baş Assambleyasının 62-ci sessiyası zamanı qəbul edilmiş “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət”ə dair 62/243 saylı qətnaməni birmənalı şəkildə dəstəkləyib.