YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova Kraliça II Elizabetin vida mərasimində iştirak etmək üçün Britaniyada səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 18-də Böyük Britaniya və Şimali İrlandiya Kraliçası Ülyahəzrət II Elizabetin vida mərasimində iştirak etmək üçün bu ölkəyə səfərə gedib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Londonun “Luton” beynəlxalq hava limanında Milli Məclisin sədrini Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri sentyabrın 19-da Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vida mərasimində iştirak edəcək və matəm kitabına ürək sözlərini yazacaq.

Parlamentin sədri, həmçinin sentyabrın 18-də Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz adından təşkil olunan rəsmi qəbulda iştirak edəcək.