YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu reallığın bir adı var - xəyanət!

Yaqut Zeynalova

“Əməkdar müəllim

Sentyabr ayının 12-dən 13-ə keçən gecə Ermənistanın Azərbaycanla sərhədində - Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan rayonları istiqamətində törətdiyi təxribat xaricdə yaşayan və daim qrantlarla Azərbaycanın haqq işinə qara yaxan “həmvətənlərimizi” ruhlandırıb.

Təxribatların qarşısını qısa vaxtda alan Azərbaycan Ordusunun hərbi qulluqçularının şəhid olması ilə əlaqədar əli kərimlilərin, məhəmməd mirzəlilərin, tural sadıqlıların öz “amplualarında” çıxışlarının bir adı var: xəyanət!

Bu günlərdə özlərini yenə ortaya ataraq ürək bulandıran bəzi satqınların cavabını vermək lazımdır. Bildirim ki, özlərini “vətənpərvər” hesab edən bu satqınlar əsl simalarını, əslində isə simasızlıqlarını növbəti dəfə nümayiş etdirməkdədirlər. Onların sosial şəbəkələrdəki fikirləri ilk növbədə şəhidlərimizin ruhuna hörmətsizlikdir. Terrorçu erməniləri dəstəkləməklə onlar öz tərəflərini seçmiş oldular. Əminliklə deyirəm ki, radikal müxalifət hansı yola əl atırsa atsın qarşısında Prezident İlham Əliyevin ətrafında sıx birləşmiş xalqımızı görəcək.

Xüsusi toxunmaq istəyirəm özünü tarixçi hesab edən Altay Göyüşovun fikirlərinə. Bu nə düşüncədir: “mənə İrəvan, Zəngəzur-filan lazım deyil və Ermənistana qarşı təcavüzü birmənalı olaraq pisləyirəm”. Bu cür insanların özünü tarixçi hesab etməsi və özünə ziyalı deməsi həqiqətən qəbuledilməzdir. Yeniyetmə və gənc nəslimizi bu satqınların çirkin təxribatlarından, zərərli düşüncələrindən qoruyaq. Onların etdiyi hərəkətlər utancvericidir.

Azərbaycan cəmiyyəti bilir ki, Prezident İlham Əliyev ayrı-ayrı beynəlxalq siyasi dairələrin və dövlətlərin diktəsi ilə deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn müstəqil siyasət həyata keçirir. Müstəqil siyasətimizə kölgə salmaq və görülən müsbət işlərə qısqanclıqla yanaşmaq Əli Kərimli kimilərin əzəldən peşəsi olub. Azərbaycanın çörəyini yeyib, suyunu içib, havasını udub, erməni  işğalçılarına nökərlik etməyi cəmiyyətimizdə heç kəs qəbul edə bilməz. Belə insanlara ar olsun!