YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İqtisadiyyat naziri ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayerlə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Etnik Anlaşma Fondunun (FFEU) prezidenti Mark Şnayerlə görüşüb.

Bu barədə nazir məlumat verib.

“FFEU prezidenti ilə görüşdə ölkəmizdə millətlərarası və mədəniyyətlərarası dialoqun təşviqini, bütün icmaların sülh və sabitlik şəraitində yaşadığını vurğuladıq. Azərbaycanın zəngin mədəni-mənəvi irsi və tolerantlıq ənənələri barədə fikirlərimizi bölüşdük”, - deyə M.Cabbarov qeyd edib.