YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Qənbər Qənbərlinin əziz xatirəsi yad olunub

Tərtər rayonunda Vətən müharibəsi şəhidi Qənbərli Qənbər Bəhruz oğlunun doğum günündə əziz xatirəsi yad olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, partiya fəalları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onun göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib.

Çıxış edən rayon təşkilatının sədri Eldar Əsədov Qənbər kimi övladların igidliyi, qəhrəmanlığı sayəsində 30 illik Vətən həsrətinə son qoyulduğunu, torpaqlarımızın işğaldan azad edildiyini diqqətə çatdırıb.

Sonra tədbir iştirakçıları şəhidin ailəsinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlıqlarını bildirib, qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini ifadə ediblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun baş leytenantı Qənbər Qənbərli işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə sentyabrın 27-də şəhid olub. Uzun müddət nəşi tapılmayıb. 2021-ci il mayın 22-də nəşi tapılaraq Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, o, ölümündən sonra 3 dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalına layiq görülüb. 

Şəhid Qənbər Qənbərli xidməti dövründə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə də təltif olunub.