YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən qəhrəmanları ilə tanınır

Masallıda Vətən müharibəsi şəhidi Sultanzadə Niyaməddin Hüsaməddin oğlunun doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin məsləhətçisi Nurlan Muradov, ərazi partiya təşkilat sədrləri, şəhid ailələri, qazilər, din xadimləri, ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edərək üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.