YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat Naftalanda yüksək bal toplayan tələbələrlə görüşüb

Milli Məclisin deputatı Anar Məmmədov Naftalan şəhərində  yüksək bal toplayan tələbələrlə görüşüb.

Görüşdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Kəmalə Hüseynova, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, ağsaqqallar və ziyalılar iştirak edib.

Tədbirdən öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər güllər qoyulub. Daha sonra yüksək bal toplayan tələbələrlə görüş keçirilib. Çıxış edən Anar Məmmədov tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatda uğurlar arzulayıb.

Tədbirin sonunda ali məktəblərə qəbul olan tələbələrə fəxri fərmanlar  və deputat tərəfindən hədiyyələr təqdim olunub.